.

.

  

 

  Bir adsız şeer  

  Duman Ərdəm 

   

Bir adsız şeer  

  Duman Erdem 

 

dul qonşumuz xətcə -sultan qarı 

deyir: boğazdan girib -o-  ayaq dan çıxar

ya elə özündən çıxar boğazın

bir kitabda qara şinelli uzun oraqlı

üZü əprik dişləri qanlı

bir kitabda isə siması nurlu

ağ paltarlı

 yaraşıqlı cavan oğlan göyçək

və mələk ...

-birində heç yoxdur- o

47 modelli şividi peykan işlədir

bəzilərinə görə saat qabağından dərvazaya

ovlarıyla mehriban- mehriban

özəlliklə qadınlarla çox tərbiyəli

əvvəlcə yaxınlıq canasinər

adam madam iysi gəlir şaqqılı badam iysi gəlir

tikə tikə doğrayıb birbaşa qıraq yolların itginliyində

çuvala doldurub gömür

o qəbirdədir-dadlı yem

gözləri parlaq kaftarın suyundadır. ağzının həvəsində

tamahında

!!! yox xətcə sultan xalanın cinləri-

ümumi tualetdə siçməyə zor verən mötad!

südüklü 25tümənlikləri öpüb

-allah min bərəkət versin deyən

qoca tualet işçisidir-o-

hilə var bədbəxtliyində bunların

hilə var burjuvanın xeyriyyəsində

 bu yazıq göstərilən planlaşmış cinayət aləti ...

şair dostumun insanlıq utopiyasıda

daş küçələrdə salam verənlər

-ağaaa! siqarınızı verin məndə alışım

gözlərilə döl tutan

kişi aldadan odkolon qoxusuyla

gözlərimdən ötən canan

-səniiin üçüüün ölürəəəəm axiiii

gecə telefon da yavaşca deyən

yatağımın zaqqatov iysi

yan cibimin dibində kündələnmiş tütün

!?südüklü 25tümənliyə yapışdırılmış həşişdə

saçımdaki kəpəkdən. aşağımda ki qəzildən canlanarda

yada boğazdan çıxmır bu adı batmış

başqa yerlərdədir!mənə nə

heç yerde musafir daşımır

insanları doğramır

yalan olarda xətcəsultanın sözləri

yalan!

Bu fırıldaqçı dul qarı

hər gecə yuxularımda

cinlərilə

içində insan kəlləsi qaynadan qır qazanıyla

döhülüilə

şəltəsini qavzayıb işəyir ağzıma

olmaya şəltəsində yata

südüyündə.

axı sularda gəzir ruhlar

damarlarımda iliyimdə

qanovda. dənizdə. göldə...

ac ağaclarda gilasların çərdəyində

   ... ağ acların gilə

dodaqları!sevdiyim qızın sinəsində açan çiçəklər?

kitabların tozunda

 kəsrəvinin yalançı tarixində

nalında atlarının şah ismayilin

ıtka ıtka ıtka ıtka ıtka ıtka....

qarabağ.türkmən ərəb soyundan

keçə bilmir vitrindəki plastik atı

dəmir atlar

qaçırlar parkda südüklü 25tümənliyə durduqları yerdə

-ana at minirəm bax!

ata minirəm

min balası dünya səni minəcək

bir atı minsən nəolar?

yox o atların nalında deyil

tanımır ərdəbildə sarayları

çaldıranda  çubuq eşir bəlkə qızılbaşın leşi üstə

qara şinelli çirkin cəllad

ağ paltarlı yaraşıqlı göyçək

mələk

restoranda avtobosda evdə

başqa yer yox gözəlim elə bizim bu təbrizdə

qarşınızdaki gözlərdir

toy gecəsində zırnanın dəliyində

ərəb zəngi havasında

muşatanın qanlı dəstmalında muxullanıb yatır gizlicə

qəsd edəcək kim bilir kimə

pəncərənə dəyən daş

xətcə sultanın qır qazanında qaynayan başdııı

vallah

elə odu !bax!oooodu gedir

vağzalilə bəy otağına

-o-